ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens bildirib ki, İran illərdir İsrail və ABŞ-a qarşı hədələr səsləndirir və aqressiv siyasət yürüdür.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Tehran ya bu siyasətdən imtina etməli, ya da ciddi nəticələrlə üzləşəcəyini qəbul etməlidir.
“İran onilliklər ərzində terrorizmin əsas dövlət sponsoru olub, regionda və öz xalqına qarşı zorakılıq törədib, İsrail və ABŞ-ni hədələyib. Artıq hərəkətə keçməyin vaxtıdır. Tehrandakı mollalar ya geri çəkilməli, ya da bunun bədəlini ödəməlidirlər”, – deyə Pens vurğulayıb.
Əliyar Xəlil