“Kreml rəsmi Teleqram kanalını işlətməyə davam edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov Rusiya ərzisində “Max” platformasının Teleqramı əvəz edəcəyini bildirib:
“Lakin biz Kremlin rəsmi Teleqram kanalını da işlətməyə davam edəcəyik. Bununla bağlı heç bir problemimiz yoxdur”.
Jurnalistin Teleqrama qoşulmaq üçün VPN-dən istifadə edib-etməyəcəyi ilə bağlı sualına “xaricdə çoxlu həmvətənimiz var” cavabını verən Peskov Rusiyanın gündəliyini digər ölkələrin sakinlərinə çatdırmağın çox vacib olduğunu qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az