1771089824 6e801ab4c9436ac8e9f9d92bbcc5f13f 6

İsrail HƏMAS hərəkatına öz silahlarını tam təhvil vermək üçün 60 günlük müddət tanıyacaq. Əks halda İsrail Müdafiə Qüvvələri Fələstin ərazisindəki hərbi əməliyyatları bərpa edəcək.

Globalinfo.az xəbər verir ki, bunu İsrail hökumətinin katibi Yosi Fuks deyib.

Fuksun sözlərinə görə, bu müddətin verilməsi ilə bağlı tələb ABŞ administrasiyası tərəfindən irəli sürülüb və İsrail tərəfi bu xahişi hörmətlə qarşılayıb.

HƏMAS üzvləri bu müddət ərzində bütün silahlarını, o cümlədən “AK-47” avtomatlarını təhvil verməlidirlər.

Hökumət katibi həmçinin qeyd edib ki, 60 günlük müddətin rəsmi başlanğıc tarixi hələ müəyyənləşdirilməyib, lakin bu dövr Qazaya dair “Sülh Şurası”nın ilk iclasından sonra başlaya bilər. Müddət başa çatdıqdan sonra İsrail vəziyyəti qiymətləndirəcək: əgər silahlar təhvil verilməsə, ordu hərəkatı məhv etmək məcburiyyətində qalacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: