1771089824 6e801ab4c9436ac8e9f9d92bbcc5f13f 4

Leyla Əliyeva Albaniya Respublikasında səfərdədir.

Globalinfo.az xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb.

Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.

Tərəflər mədəni əlaqələrin möhkəmləndirilməsini müzakirə edərək, incəsənətin birgə yaradıcılıq üçün universal vasitə kimi rolunu qeyd ediblər.

Söhbət zamanı Leyla Əliyeva və Edi Rama ekoloji məsələlərə xüsusi diqqət ayıraraq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.

1771089824 6e801ab4c9436ac8e9f9d92bbcc5f13f 5 1771089824 bf0ed1a57d317b742aa5e3f39f3d6389 3 1771089825 0f5a36db370a128e43253a9944bf35b4 3 1771089826 df91d3dd4f32fbe8fc9db0d322de77a8 3 1771089827 d8e89912259fa74e1825067717b67350 2

Paylaş: