1762609075 8504e040ca7649a2ce5af7bee3fdd61f 1

“Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam etmiş, hazırda isə elektrik və fiber-optik xətlər istiqamətində fəaliyyət göstəririk”.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsində deyib.

“Bu gün Azərbaycan həm şərqdə, həm də qərbdə ehtiyac duyulan bir ölkədir. Ölkənin öz təhlükəsizliyini və ərazi bütövlüyünü öz gücü ilə təmin etməsi nəzərə alınarsa, təbii ki, beynəlxalq nüfuzu daha da artmışdır”, – Prezident İlham Əliyev deyib.

Paylaş: