“Amerikalıların həmişə çox cəlbedici biznes təklifləri olur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Vaşinqtonun Ermənistanda kiçik modul nüvə reaktorları tikmək planlarını şərh edərkən deyib.
“Amerikalılar hələ bir dənə də olsun kiçik modul reaktor tikməyiblər, onu işə salmağı bir yana qoyaq, hətta daha da pisi, sənaye istismarını da təcrübədən keçirməyiblər”, – o bildirib.
Şoyqu qeyd edib ki, Ermənistanda nüvə elektrik stansiyası üçün kiçik reaktorların tikintisi və çox güman ki, kreditlə maliyyələşdiriləcək layihənin xərcləri ölkənin gələcək nəsilləri tərəfindən ödəniləcək:
“ABŞ istehsal olunan hər meqavat-saat enerjinin təxmini qiymətini belə göstərməyib. Amma Ermənistan Amerika texnologiyasından istifadə edərək reaktorlar tikməyə başlayarsa, Rusiya yeni nüvə təhlükəsizliyi risklərini nəzərdən keçirməli olacaq”.
Əliyar Xəlil
Globalinfo.az