1768805352 11

Nigerin Hərbi Qərargah rəisi general Amadou İbro ölkənin Fransa ilə müharibəyə girdiyini elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Jeune Afrique” nəşri məlumat yayıb.

A.İbronun sözlərinə görə, indiyədək Fransa ilə müharibə vəziyyəti mövcud olmayıb, lakin hazırda bu mərhələyə keçilib.

O qeyd edib ki, əvvəllər hökumət tərəfindən təsdiqlənən səfərbərlik haqqında fərmanın əsas məqsədi məhz Fransa ilə mümkün müharibəyə hazırlıq olub.

“Bilməlisiniz ki, biz Fransa ilə müharibəyə giririk. Əvvəllər müharibədə deyildik, amma indi Fransa ilə müharibəyə giririk”, – o bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: