pasinyan 2 1

Ermənistan Baş naziri Nikol Paşinyan səfirliklərə sərhəd bölgələrinə getmək barədə xəbərdarlıqları dayandırmağı tapşırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Ölkədə fəaliyyət göstərən və əvvəlki illərdə vətəndaşlarına Sünik və digər sərhəd bölgələrinə getməkdən çəkinmək barədə davamlı xəbərdarlıqlar göndərən səfirliklər bunları dayandırmalıdır”, – Paşinyan qeyd edib.

O, hazırkı sülh prosesi ilə əlaqdar olaraq belə xəbərdarlıqlara ehtiyac olmadığını vurğulayıb.

Qeyd edək ki, son aylarda AzərbaycanErmənistan sərhədində hər hansı insident qeydə alınmayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: