Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmaq istəyir.
Globalinfo.az xəbər verir ki, o bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
“Gündəlikdə müqavilənin yanvar, oktyabr, aprel aylarında imzalanması da var idi, çünki sülh sazişi layihəsi üzrə müzakirələr keçən ilin martında başa çatıb”, – o deyib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-nə planlaşdırılıb.