2022 10 10t145052z 89304947 rc29yw9uwtdt rtrmadp 3 ukraine crisis mobilisation donetsk region 1024x683 1

Niderland Silahlı Qüvvələrinin baş komandanı general Onno Eyxelşaym Rusiya ordusunun Ukraynada irəliləyişlərini davam etdirdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, general bu fikirləri “Defensiekrant” nəşrinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Rusiya qüvvələri ərazi nəzarətini genişləndirməkdə davam edir.

“Bununla belə, uzunmüddətli perspektivdə atəşkəsin əldə olunacağına inanıram. Şiddətli döyüşlər gedir. Ukrayna məğlub olur. Belə getsə, Rusiya ordusunu dayandırmaq mümkün olmayacaq”, – deyə Eyxelşaym qeyd edib.

Eyni zamanda, Niderland Silahlı Qüvvələrinin rəhbəri münaqişənin yaxın vaxtlarda həll ediləcəyinə dair nikbin olmadığını bildirib və prosesin uzana biləcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi “Şimal” qoşun qrupunun hücum bölmələrinin son 24 saat ərzində Sumı vilayətinin bir sıra yaşayış məntəqələri istiqamətində irəlilədiyini açıqlayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: