76347857 0 0 1600 911 1440x900 80 0 1 c403109eefdafc9095769fa750d1420b.jpg

İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında erməni fiqurlu konkisürənlər Karina Akopova və Nikita Raxmaninov  Ara Gevorkyanın “artsax” bəstəsi ilə çıxış etmək istəyiblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqı (BKİ) məlumat yayıb.

İttifaq Azərbaycanın rəsmi şəkildə ifanın adı ilə bağlı etirazını bildirdiyini və şikayət ünvanladığını açıqlayıb. Nəticədə BKİ Ermənistan təmsilçilərinin performanslarını bəstəkarın adı ilə “Ara Gevorkyanın musiqisi” başlığı altında təqdim etmələrinə qərar verib.

“The Guardian” yazır ki, “artsax” adına görə iki ölkənin nümayəndələri arasında gərgin vəziyyət yaranıb. Lakin BKİ məsələyə qarışdıqdan sonra problem həll edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: