1761195398 tramp 1

“Həkimlərin tövsiyələrinə baxmayaraq, yüksək dozada aspirin qəbul edəcəm”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“30 ildir aspirin qəbul edirəm və heç nəyi dəyişdirmək istəmirəm. Həkimlər mənə az qəbul etməyimi deyirlər. Amma istəyirəm ki, ürəyimdən keçən qan şəffaf olsun. Onlara məhz belə deyirəm”, – Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, bundan əvvəl mediada Donald Trampın qocalmanın fiziki əlamətlərini və mümkün xəstəlikləri gizlətməyə çalışdığı, qollarındakı göyərmələri örtmək üçün makiyajdan istifadə etdiyi yazılmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: