Chimney and two hiperboloide cooling towers on Kharkov

Ukraynanın Xarkov vilayətində fövqəladə vəziyyət elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Bildirilir ki, hücum zamanı “TETs-5” istilik və elektrik stansiyası, eləcə də transformator stansiyaları zədələnib.

Xarkov meri İqor Terehov qeyd edib ki, Rusiyanın genişmiqyaslı hücumu nəticəsində Xarkov “TETs-5” və “Xarkov” və “Zalyutine” transformator stansiyaları ciddi zərər görüb.

Nəticədə 929 obyektə istilik verilməsi dayandırılıb, onlardan 853-ü yaşayış binalarıdır. Təxminən 105 min abunəçi istiliksiz qalıb.

Hadisə yerli səviyyədə texnogen fövqəladə vəziyyət kimi təsnif edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: