eminn

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub. 

Globalinfo.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ağamaliyev Namiq Çərkəz oğlu “İnşaat Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib. Uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddətu uzadılmayıb.

Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub.

Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

e5b7dd5164bd89363dc87ee52c2755dd 65b5399e d5bf 48fc 83d2 2695100673be

Namiq Ağamaliyev 

e5b7dd5164bd89363dc87ee52c2755dd 606256597 1468068281362966 6713372489971944282 n

Sevda Həsənova 

Paylaş: