tramp 3

ABŞ Prezidenti Donald Tramp ölkənin əsas qüvvələrinin İrana doğru hərəkət etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ayova ştatında keçirilən mitinqdə deyib.

Qeyd edib ki, ABŞ 2025-ci ilin iyun ayına qədər Tehranın nüvə imkanlarını məhv edib. Trampın sözlərinə görə, bir aylıq gecikmə İranın nüvə silahı əldə etməsinə səbəb ola bilərdi:

“Yeri gəlmişkən, hazırda daha bir böyük donanma İrana doğru gözəl şəkildə hərəkət edir. Görəcəyik. Ümid edirəm ki, onlar razılaşma əldə etməyə razı olacaqlar”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: