Fransa Milli Assambleyası 15 yaşdan kiçiklərin sosial şəbəkələrə çıxışını qadağan edən qanun layihəsini ilk oxunuşda qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu addımın yeniyetmələrin psixi və fiziki sağlamlığının qorunması məqsədi daşıdığı bildirilir.
Prezident Emmanuel Makron da layihəni dəstəklədiyini bildirib.
Yeni qanuna əsasən, onlayn sosial şəbəkə xidmətlərinə giriş 15 yaşdan aşağı uşaqlar üçün qadağan olunur. Təhsil platformaları və WhatsApp kimi şəxsi mesajlaşma tətbiqləri isə istisnadır. Liseylərin daxili qaydaları telefonlardan istifadənin yerlərini və şərtlərini müəyyən edəcək. Əks halda, telefonlardan dərs zamanı və dəhlizlərdə istifadə qadağan ediləcək, yalnız məktəb həyətində xüsusi ayrılmış zonada icazə veriləcək.