
Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerablur” hərbi panteonuna gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, səfər zamanı təhlükəsizlik tədbirləri gücləndirilib, giriş-çıxışlar məhdudlaşdırılıb və ərazidə əlavə nəzarət qüvvələri yerləşdirilib.
Yayılan görüntülərdə Nikol Paşinyanın təhlükəsizliyini təmin etmək üçün əraziyə snayperlərin gətirildiyi əks olunub.
Qeyd edək ki, Ermənistan KİV zaman-zaman Nikol Paşinyanın sui-qəsddən ehtiyat etdiyini yazır.
Safura Bənnayeva
Globalinfo.az