Finlandiyanın Kanta-Hame əyalətində keçirilən seçkilərdə Adolf Hitler namizəd kimi irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin “Yle” nəşri məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər tərəfindən rayonda belə ajiotajlı vərəqələr peyda olub.
“Onlar vətəndaşları nasist lideri Adolf Hitlerə səs verməyə çağırıblar. Vərəqələrdə onun nömrəsi 88 idi. Neonasist simvolizmində bu rəqəm nasistlərin “Heil Hitler” salamına istinad edir”, – nəşr qeyd edib.
Qeyd edək ki, aprelin 29-da Argentina hökuməti İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Hitlerin fəaliyyətinə işıq salan arxiv materialları ictimaiyyətə açıqlayıb.
Günay Rəsulqızı
Globalinfo.az