1717139889 1053459 laricani

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani ABŞ-ın Corciya ştatındakı Emori Universitetindən uzaqlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, universitet məlumatı təsdiqləyib.

Bildirilib ki, qərar ABŞ qanunvericiləri və ictimaiyyətin onun işdən çıxarılması tələblərinin artmasından sonra verilib.

“Yüksək vəzifəli İran dövlət rəisinin qızı olan həkim artıq “Emory”də işləməyəcək. Bu, kadr məsələsidir və əlavə məlumat verə bilmirik”, – deyə universitet açıqlama yayıb.

“İsrael National Nyus” nəşrinin məlumatına görə, sözügedən addım Əli Laricaninin Vaşinqtonun sanksiyalarına məruz qalmasından bir neçə gün sonra atılıb:

ABŞ Laricanini İranın ali lideri Əli Xameneinin göstərişi ilə ölkə miqyasında etirazlara cavab koordinasiyasında iştirak etməkdə və dinc etirazçılara qarşı zorakılığa çağırmaqda ittiham edib”.

Qeyd edək ki, Fatimə Ərdəşir Laricanı “Emory” Universitetinin hematologiya və tibbi onkologiya şöbəsində assistent professor kimi çalışırdı. İşdən çıxarıldıqdan sonra onun universitet saytındakı bioqrafiyası silinib.

d12b95050f15e8ec5c5ce38cf2391ab3 1769329633

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: