ebu dabi

Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günündə müəyyən nəticələr əldə edilib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Üçlük formatında danışıqların yaxın günlərdə yenidən aparılması nəzərdə tutulub.

**16:43

Əbu-Dabidə Ukrayna, RusiyaABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.

Globalinfo.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

***13:47

Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü start götürüb.

Globalinfo.az APA-ay istinadən xəbər verir ki, bu barədə TASS öz mənbəyinə istinadən məlumat yayıb.

    Məlumata görə, görüşlər müxtəlif formatlarda keçirilir.

    “Associated Press” agentliyinə danışan mənbənin sözlərinə görə, danışıqlar prosesində format tez-tez dəyişir.

    “Bəzən iştirakçılar hansısa məsələləri ayrıca müzakirə etmək üçün kənara çəkilirlər, bəzən hamı bir araya gəlir, bəzən isə bir neçə qrup mövzular üzrə bölünür”, – mənbə bildirib.

    Bildirilir ki, qapalı keçirilən danışıqların birinci günündə əsas müzakirə mövzuları arasında bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri yer alıb.

    Paylaş: