
“Avropa siyasətçilərinin bəyanatları göstərir ki, onlar Rusiya ilə hərbi münaqişəyə ciddi hazırlaşırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov 2025-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
“Həm Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, həm Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Friedrix Merz, Böyük Britaniyanın Baş naziri Starmer, NATO Baş katibi Mark Rutte – hamısı Rusiyaya qarşı müharibəyə ciddi hazırlaşır. Onlar əslində bunu gizlətmirlər”, — deyə diplomat vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az