63f4d6111225163f4d61112252167698996963f4d6111224f63f4d61112250

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin Mülki Əməliyyatlar Komandanı Stefano Tomat və Aİ-nin Ermənistandakı yeni monitorinq missiyasının rəhbəri Markus Ritterin də daxil olduğu nümayəndə heyətini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.

Baş nazir Paşinyan Aİ-nin uzunmüddətli mülki monitorinq missiyasının Ermənistanda yerləşdirilməsi qərarını alqışlayıb və bunun regional sabitliyə və sülhə töhfə verəcəyinə inandığını deyib.

Görüşdə Aİ-nin mülki missiyasının fəaliyyəti və əməkdaşlıq gündəliyi barədə fikir mübadiləsi aparılıb.

Paylaş: