nazir

“Rusiyaya tətbiq edilən sanksiyalar Finlandiya iqtisadiyyatına böyük zərbə vurub”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Azadlıq Alyansının üzvü Armando Mema deyib.

Siyasətçi Finlandiya xarici işlər naziri Elina Valtonenin çıxışına diqqət çəkib.

“Nazirin Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinin vacib olduğunu deməsi məni şoka saldı. O anlamır ki, bundan ən çox iqtisadiyyatımız əziyyət çəkir. Finlandiya hökumətinin siyasəti sayəsində bütün avrozonada ən yüksək işsizlik səviyyəsinə sahibik”, – deyə Mema qeyd edib.

O, həmçinin bildirib ki, Helsinki ilə Moskva arasında gərginliyin azaldılması və dialoqun bərpası Finlandiya üçün daha faydalı olardı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: