83aa80aa 8193 4414 89c6 d0feba8083a1

ABŞ Prezidenti Donald Tramp İranda baş verən etirazlar zamanı ölənlərin dəqiq sayını bilmədiyini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Tramp jurnalistlərə bildirib ki, səsləndirilən bütün rəqəmlər olduqca yüksəkdir.

Ağ Ev rəhbəri qeyd edib:

“Heç kim mənə dəqiq rəqəm deyə bilmədi. Müxtəlif rəqəmlər eşitmişəm – kiçik də var, böyük də, amma hamısı çox yüksəkdir. Bir nəfər belə çoxdur”.

Qeyd edək ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta – İran rialının kəskin devalvasiyasından sonra başlayıb.

Tahir Turan

Globalinfo.az

Paylaş: