malyuk

Ukrayna Ali Radası Vasili Malyukun Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsindən azad edilməsi barədə qərar çıxarıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, parlamentin 235 üzvü qərarın lehinə səs verib.

Dünən Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsi Prezident Volodimir Zelenskinin Vasili Malyukun təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı təklifini nəzərdən keçirib və qərarı rədd edib.

Lakin bu gün məsələ komitə tərəfindən yenidən baxılması üçün qaldırılıb və Malyukun istefası rəsmiləşib.

Paylaş: