“Azərbaycan sərhədçiləri bizim hərbçilərimizi yoxlamır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
Jurnalistlərin “Azərbaycan sərhədçilərinin erməni hərbi qulluqçularını yoxlamalarının səbəbi nədir” sualına nazir belə cavab verib:
“Bu vəziyyət 2021-ci ildəki bir hadisə ilə əlaqədardır və konkret olaraq Qaragöl yaxınlığında yerləşən mövqeyə girişin məhdudlaşdırılmasından irəli gəlir. Bu vəziyyətdə iki seçim var: ya həmin mövqedən çəkiləcəyik, ya da Azərbaycan mövqeyinin yanından keçəcəyik. Əsgərlərimiz Azərbaycan mövqeyinin yanından keçirlər, amma yoxlama aparmırlar”.
Safura Bənnayeva
Globalinfo.az