56 1111

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb.

Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.

    645bb0c3c45f8fc7246af32f25efc5b3356540d4d03623713918d51723bde9af

    Paylaş: