Türkiyə və Azərbaycanın COP17-də iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Globalinfo.az xəbər verir ki, Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət nazirinin müavini Robert Abisogomonyan mətbuat konfransında bu ölkələrin qeydiyyatdan keçib-keçmədiyi ilə bağlı suala konkret cavab verməyib.
O bildirib ki, liderlər sammitində iştirak üçün 50-dən çox yüksək səviyyəli nümayəndə qeydiyyatdan keçib.
Lakin Abisogomonyan konkret ölkələrin adlarını açıqlamaqdan çəkinib.
“Beynəlxalq münasibətlərdə mövcud yanaşmaları nəzərə alaraq, konkret ölkələrin adlarını çəkməkdən çəkinəcəyəm. Qəbul olunmuş praktikaya əsasən, adətən ölkələrin özləri iştirakları barədə məlumat verirlər. Gəlin, iştirakını təsdiqləyən dövlətlərin bunu ictimaiyyətə açıqlamasını gözləyək”, – deyə o bildirib.
Safura Bənnayeva
Globalinfo.az