zng 11

Azərbaycanda jurnalistlər kiberdələduzların hədəfinə çevrilib.

Globalinfo.az xəbər verir ki, tanınmış şəxsin adından jurnalistə yazaraq, guya Dövlət Təhlükəsizliyi Xidməti və ya digər hüquq-mühafizə orqanlarından zəng ediləcəyi bildirilir.

“Daha sonra əlaqə yaradan şəxs hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür. Bu, peşəkar şəkildə qurulmuş kiberdələduzluqdur! Belə mesaj alsanız, dərhal əlaqəni kəsin və hüquq-mühafizə orqanlarına xəbər verin”, – deyə əldə etdiyimiz məlumatda qeyd olunub.

whatsapp image 2026 10 14 at 15.33.48

Paylaş: