1684314422 03eb58dae0e6901414ec0834e43198f7 3

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və Təcili Tibbi Yardım briqadası cəlb olunub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: