Gəncədə minik avtomobili parka girdi: xəsarət alanlar var

qeza 1

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı parka girib.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdilib.

Faktla bağlı araşdırma aparılır