kuce doyusleri

Qərb Rusiyaya qarşı kifayət qədər açıq oynayır.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib.

O, Qərbin Rusiyaya qarşı oyununu təkcə Ukraynada yox, Ermənistanda da apardığını bildirib. Gevondyan bu baxımdan tezliklə Ukraynada baş verən proseslərin Ermənistanda da yaşanacağını qeyd edib:

“Ermənistan küçə döyüşlərinə hazırlaşmağa başlamalıdır. Proseslər eskalasiyanın azaldılması, kommunikasiya imkanlarının artımı istiqamətində getmir. Ermənistan öz addımları ilə situasiyanı kəskinləşdirir. Hakimiyyət ölkəni sistemli asılılığı olduğu geosiyasi mərkəzdən başqa yerə aparmaq istəyir. Bu gün ölkədə küçə müharibəsinin olmamasını yeganə səbəbi Ermənistan-Rusiya hərbi əməkdaşlığıdır. Hakimiyyətin strateji qabiliyyətsizliyi Rusiya-Qərb toqquşmasını Ermənistan ərazisinə daşıyır”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: