ai

“Bu il Ukraynadakı münaqişənin davam etməsini müdafiə edən üç Avropa ölkəsinin lideri vəzifələrini tərk edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun təqaüdçü polkovniki Lorens Uilkerson deyib.

“Almaniya Kansleri Fridrix Mers, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer istefa verə bilər. Sorğulara görə, bu üç ölkənin əhalisi Rusiya ilə müharibə istəmir, lakin onların liderləri anti-Rusiya siyasəti yürütməyə və Ukraynanı dəstəkləməyə davam edirlər. Buna görə də Fransa, Almaniya və Böyük Britaniyada yeni liderlərin seçilməsi üçün seçkilərin keçirilməsi mümkündür”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: