WhatsApp Image 2023 11 28 at 14.57.56

“Kolumbiya Prezidenti Qustavo Petro Latın Amerikasında kokain istehsalının genişləndirilməsini təşviq edir. Bu da ABŞ-ın milli maraqlarına təhdiddir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Əgər Petro təhlükəli narkotikin istehsalını məhdudlaşdırmaq üçün tədbir görməsə, ABŞ hakimiyyəti Venesuela nümunəsini izləyərək həmin ölkədə hərbi əməliyyat keçirmək hüququnu özündə saxlayır. O da Nikolas Maduro ilə eyni aqibəti yaşaya bilər”, – deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro və ölkənin birinci xanımı Siliya Flores yanvarın 3-də həbs edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: