WhatsApp Image 2026 01 03 at 20.34.47

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək əməliyyatı fonunda Ukraynadakı münaqişə ilə bağlı fikirlərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, “Fox News” telekanalına müsahibəsində Moskva ilə Kiyev arasındakı qarşıdurmanı bir sözlə xarakterizə edib.

Amerika lideri Ukraynadakı münaqişəni “ibtidai” adlandırıb. Tramp bildirib ki, ABŞ-ın malik olduğu imkanlar heç bir ölkədə yoxdur və bu imkanlar fonunda müharibənin gedişi diqqət çəkir.

“Bizim imkanlarımıza sahib olan heç kim yoxdur. Rusiyada davam edən bu müharibəyə baxdıqda, bu, ibtidai bir şeydir. Bu, ibtidai bir şeydir”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, yanvarın 3-nə keçən gecə ABŞ Venesuela ərazisində bir sıra hədəflərə hava zərbələri endirib. Daha sonra Donald Tramp Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin saxlanılaraq ölkədən çıxarıldığını açıqlayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: