2222692503

“Ultimate Fighting Championship” (UFC) təşkilatının yüngül çəki üzrə çempionu İlya Topuriya məişət zorakılığı ilə bağlı ittihamlar əsasında məhkəmə qarşısına çıxacaq.

Globalinfo.az xəbər verir ki, Topuriyanın həyat yoldaşı idmançını məişət zorakılığında və ona bədən xəsarətləri yetirməkdə ittiham edib.

İş üzrə ilk məhkəmə iclası yanvarın 7-də keçiriləcək. İclasda cütlüyün azyaşlı qızının qəyyumluğu məsələsinə də baxılacaq. Topuriyanın həyat yoldaşı məhkəmədən uşağı ilə birlikdə İspaniyanı tərk etməsinə icazə verilməsini xahiş edib.

Qeyd edək ki, daha əvvəl 28 yaşlı İlya Topuriya ailə vəziyyəti ilə əlaqədar UFC-dən müvəqqəti uzaqlaşdırıldığını açıqlamışdı. Mediaya sızan məlumatlara görə, bu qərar döyüşçünün davam edən boşanma prosesi ilə əlaqələndirilir.

Globalinfo.az

Paylaş: