Rusiyanın Xarkova hücumu zamanı xəsarət alanların sayı 30 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Xaarkov şəhər meri İqor Terexov məlumat yayıb.
Yaralılar arasında altıaylıq körpə də var.
Hücum zamanı ticarət mərkəzi dağılıb, evlərə və avtomobillərə ziyan dəyib.
***18:26
Rusiya Xarkova iki ballistik raketlə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Xarkovun meri Terexovun açıqlamasına görə, 16 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır.
Aysel Əliyeva
Globalinfo.az