Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen pnevmaniya (sətəlcəm) xəstəliyinə yoluxub.
Globalinfo.az xəbər verir ki, bu barədə AK nümayəndəsi Stefan de Keersmaeker məlumat verib.
O bildirib ki, xəstəlik səbəbindən Leyen yanvarın ilk iki həftəsində işdə olmayacaq. Eyni zamanda AK rəhbəri Polşanın Aİ-də sədrliyinin başlanması mərasimində iştirak üçün Polşaya getməyəcək.
Müşviq Tofiqoğlu
Globalinfo.az