GettyImages 2223911528

Kirill Budanov Prezident Ofisinin rəhbəri vəzifəsini qəbul edib.

Globalinfo.az xəbər verir ki, Budanovun Prezident Volodimir Zelenskinin təklifi ilə razılaşdığı bildirilir.

***

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanova Prezident Aparatının yeni rəhbəri olmaq təklif edilib. 

Globalinfo.az xəbər verir ki, Budanova bu vəzifəni Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsən təklif etdiyi deyilir.

Kiril Budanova 2020-ci ildən etibarən hərbi kəşfiyyat xidmətinə rəhbərlik edir.

Prezident Aparatının əvvəlki rəhbəri Andrey Yermak 2025-ci ilin noyabr ayının sonlarında Ukraynadakı bütün nüvə elektrik stansiyalarının operatoru olan dövlət şirkəti “Energoatom”da mənimsəmə ilə bağlı böyük korrupsiya qalmaqalı fonunda istefa verib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: