PUA 1752820787

UkraynaQərb ölkələri Ukraynadakı münaqişənin həlli üçün aparılan sülh prosesini pozmağa çalışır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Qruşkonun sözlərinə görə, Kiyevin Rusiya Prezidenti Vladimir Putinin dövlət iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum cəhdi danışıqlar prosesini pozmaq məqsədi daşıyır.

O qeyd edib ki, dekabrın 29-na keçən gecə baş verən bu hadisə son dərəcə kəskin addımdır və siyasi dialoqa zərbə vurur.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi də hücum cəhdinə münasibət bildirib. Nazirliyin açıqlamasında vurğulanıb ki, bu cür hərəkətlər vəziyyətin daha da gərginləşməsinə səbəb olur.

Tahir Turan
Globalinfo.az

Paylaş: