Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“Çin ordusunun məqsədi Tayvanın müstəqilliyinə nail olmaq üçün edilən hər hansı bir cəhdə və adanın işlərinə xarici müdaxiləyə qarşı güclü bir xəbərdarlıq etməkdir. Onlar Tayvan ətrafında ordu, dəniz, hava qüvvələri və raket bölmələrinin səfərbər olunduğunu elan edib.
Çinin Şərq Hərbi Bölgəsi bildirib ki, “Ədalət Missiyası 2025” adlandırılan təlim döyüş hazırlığını və əsas limanların və kritik ərazilərin blokadasını və nəzarətini sınaqdan keçirəcək”, – deyə bildirilib.
Tayvan hökuməti isə təlimləri pisləyərək Çini hərbi hədə-qorxuda ittiham edib.
Əliyar Xəlil
Globalinfo.az