Ermənistanın keçmiş baş naziri və parlament sədri Xosrov Arutyunyan Trampın Nikol Paşinyanı dəstəkləyən açıqlamasını və ABŞ dövlət katibinin İrəvana elan olunmamış səfərini şərh edib.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın xüsusi xidmət orqanları vasitəsilə hakimiyyətin yenidən seçilmə ehtimalını araşdırdığı və nəticələrdən ciddi narahatlıq keçirdiyi görünür.
O bildirib ki, Vaşinqton hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkilərdə uğur qazanması üçün tələsir.
“Amerikalıların son günlər atdığı addımlar onların tələsdiyini göstərir. Onları ən çox narahat edən qarşıdan gələn seçkilərdə hakim partiyanın, xüsusilə də Nikol Paşinyanın uğur qazanmasıdır. Görünür, onlar Paşinyanın qələbə şansının çox aşağı olduğunu və ya getdikcə azaldığını anlayırlar”, – deyə Arutyunyan bildirib.
“Avqustda Ermənistanın adını düzgün tələffüz edə bilməyən, sənədlərin imzalanmasından bir neçə həftə sonra Paşinyanı tanımayan Tramp indi onu yaxın dostu və tərəfdaşı adlandırır. O açıq şəkildə bildirir ki, Paşinyanın siyasəti sayəsində ABŞ-ın enerji şirkətləri Mərkəzi Asiyanın enerji və mineral resurslarına çıxış əldə edir. Yəni Tramp Paşinyana marağını gizlətmir, çünki Ermənistan ərazisindən istifadə etməklə Mərkəzi Asiyaya maneəsiz çıxış əldə etmək istəyir. Trampın əsas məqsədi Ermənistan ərazisi, xüsusilə də Zəngəzur bölgəsidir”, – deyə sabiq baş nazir vurğulayıb.
Qeyd edək ki, mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısamüddətli səfəri zamanı Ermənistan və ABŞ TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlığa dair çərçivə sazişini və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyasını paraflayıblar.
Əliyar Xəlil