1764311534 1754565661 1753958981 1713252036 1707716243 118180503 f76a7d5c a8c3 479f b0de 6350864049b1 1 2 1

TRIPP infrastrukturunun (Zəngəzur dəhlizi -red.) tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Mirzoyan qeyd edib ki, ölkəsi blokadanın aradan qaldırılmasında və TRIPP infrastrukturunun mümkün qədər tez aktivləşdirilməsində maraqlıdır.

Onun sözlərinə görə, yeni dəmir yolu Ermənistanı xarici bazarlarla birləşdirəcək, ixrac və idxal imkanlarını genişləndirəcək. Eyni zamanda, Azərbaycan da Ermənistan ərazisindən tranzit keçə biləcək və üçüncü ölkələr, o cümlədən Portuqaliya və Orta Asiya ölkələri bir-biri ilə əlaqə qura biləcəklər.

Ermənistan XİN rəhbəri əlavə edib ki, ABŞ tərəfi ilə intensiv işlər aparılır və ilk mümkün sənədin yaxın günlərdə və ya həftələrdə hazır olacağı gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: