vucic ten turkiye ye haddini asan suclama 19399131 9908 amp 900x600 1

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanını sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sözcü Qazetesi” məlumat yayıb.

“Vuçiç Kosovonun tanınması və ordusunun gücləndirilməsi istiqamətində atılan addımları “Serbiya üçün təhlükə” kimi təqdim edib. O deyib ki, bir çox regional və qlobal aktor Kosovonun müstəqilliyinin tanınması üçün yeni təşəbbüsə başlayıb. Xüsusilə Türkiyə və Səudiyyə Ərəbistanını bu prosesdə önə çəkib”, – deyə bildirilib.

Vuçiçin sözlərinə görə, amerikalılar Kosovoda və Metohiya bölgəsində yaşayan albanları açıq şəkildə silahlandırırlar:

“Türkiyə isə ağır silahlar və digər vasitələr təqdim etməklə bu prosesə qoşulur. Onun iddiasına əsasən, bütün bunların yeganə məqsədi Serbiyanı və onun ərazi bütövlüyünü birbaşa təhdid etmək, həmçinin ölkənin mülki əhalisinə və ordu–polis strukturlarına hücum etməkdir”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: