l 0x0wh 1180x688z 0.6661

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov NATO ilə açıq münaqişə baş verəcəyi təqdirdə Rusiyanı məğlub etməyin mümkün olmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, Ryabkov bu fikirləri “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında səsləndirib. Onun sözlərinə görə, NATO bayrağı altında açıq qarşıdurmada Rusiyanın məğlub olacağını gözləyən siyasətçilər ciddi şəkildə yanılırlar.

“Ən pis ssenarilər barədə fərziyyələr irəli sürmək istəmirəm. Lakin NATO bayrağı altında Qərb ölkələrinin iştirak etdiyi açıq münaqişədə Rusiyanı məğlub etməyi düşünənlər nə fikirləşir? Bizi məğlub etməyi düşünürlərsə, səhv edirlər”, – deyə diplomat vurğulayıb.

Ryabkov əlavə edib ki, Qərb ölkələri belə bir qarşıdurmada uğur qazanacaqlarına ümid etməməlidirlər və bu cür gözləntilər reallıqla uzlaşmır.

Tahir Turan
Globalinfo.az

Paylaş: