ceyhuna apa

“2025-ci ildə sülh prosesində böyük irəliləyiş əldə olunub”.

Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilmiş xarici siyasət çox zəngin olub.

“Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verib”, – deyə nazir qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az 

Paylaş: