erzaq 61612867446

“Ürək sağlamlığını yaxşılaşdırmaq üçün qış aylarında üç meyvəni qida rasionuna əlavə etmək lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu kardioloq Aurelio Rojas deyib.

O, insanları soyuq mövsümdə hər gün alma yeməyə çağırıb:

“Bu meyvənin faydalı xüsusiyyətləri arasında qan şəkərini və xolesterol səviyyəsini normallaşdırmaq və bununla da ürək-damar xəstəlikləri riskini azaltmaq yer alır. Həmçinin portağal C vitamini və flavonoidlərlə zəngindir. Onlar immunitet sistemini gücləndirir, iltihabı azaldır və damar sağlamlığını yaxşılaşdırır”.

Mütəxəssis əlavə edib ki, bu sırada kivi də yer alır:

“Bu meyvə də qan təzyiqini idarə etməyə və ürək sağlamlığını yaxşılaşdırmağa kömək edəcək”.

Günel Cəlil
Globalinfo.az

Paylaş: