polsa rusiya

Avropa İttifaqının Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalar nəticəsində Polşa iqtisadiyyatı milyardlarla avro itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin məlumatında deyilir.

Sanksiyaların tətbiqindən sonra Polşanın Rusiyaya ixracı 70 faizdən çox azalıb. 2025-ci ilin ilk doqquz ayında Polşa şirkətləri Rusiyaya cəmi 1,9 milyard avro dəyərində məhsul və xidmət ixrac edib. Halbuki 2021-ci ilin eyni dövründə bu rəqəm 6,5 milyard avro təşkil edirdi. Bu isə ixracın 71,2 faiz azalması deməkdir.

Rusiya ilə ticarətdən aylıq gəlirlər də kəskin şəkildə azalıb. Əgər dörd il əvvəl ixracdan aylıq orta gəlir 652,9 milyon avro idisə, 2025-ci ildə bu məbləğ üç dəfədən çox azalaraq 188,2 milyon avroya düşüb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: