pasinyan putin 900x675 1

“Rusiyadan qatarların Azərbaycan ərazisi vasitəsilə Ermənistana gəlməsi tarixi hadisədir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

O, Putinə Ermənistanı AzərbaycanTürkiyə ilə birləşdirən dəmir yollarının bərpasının vacibliyindən danışıb.

“Artıq qeyd etdiyiniz kimi, yeni imkanlar açılır”, – Paşinyan bildirib.

O, həmçinin Ermənistan ərazisində digər dəmiryolu xəttinin bərpası gündəliyinin də formalaşdığını qeyd edib:

“Burada xüsusilə İcevan, Yerasx və Axurik hissələrini nəzərdə tuturam. Bu dəmiryolları Ermənistanı AzərbaycanTürkiyə ilə birləşdirir. Bu istiqamətdə kifayət qədər fəal siyasi proseslər gedir. Hələlik bu yolların açılması ilə bağlı konkret siyasi qərarlar yoxdur. Lakin hesab edirəm, vəziyyət elə bir mərhələyə çatıb ki, artıq hazırlıq işlərinə başlanılmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: