capsp

Hazırda qış tətilini Dubayda keçirən Ermənistan milli komandasının və “Krasnodar” klubunun kapitanı Eduard Spertsyanın paylaşımı maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, o, isveçli futbolçu Zlatan İbrahimoviçlə görüşüb.

Spertsyan görüşdə nəyin müzakirə olunduğunu açıqlamasa da, bir sıra versiyalar səsləndirilir.

Məlumata görə, son vaxtlar beynəlxalq mətbuatda Spertsyanın İtaliya A Seriyasına mümkün keçidi ilə bağlı şayiələr fəal şəkildə yayılır.

Qeyd edək ki, Zlatan İbrahimoviç hazırda “Milan”ın sahibinin baş müşaviri vəzifəsini tutur.

photo 2025 12 20 15 31 44 1766231937014 770x

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: